Salonikidə ABŞ konsulluğunun yaxınlığında kürdlərin lehinə etiraz aksiyaları keçirilib

...etirazçılar kürd bayraqları daşıyaraq "Ərdoğan, terrorçudur!" şüarları səsləndirib

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 18 Oktyabr 2019, 15:51

Salonikidə yüzlərlə kürd və kürd tərəfdarı nümayişçi ABŞ-ın  konsulluğunun qarşısında toplanıb. Onlar ABŞ-ın Suriyanın şimalından çıxmasına və bölgədəki Türkiyə hərbi əməliyyatlarına etiraz edir.

 

İnterAz SalamNews -a istinadla xəbər verir ki, etirazçılar kürd bayraqları daşıyaraq "Ərdoğan, terrorçudur!" şüarları səsləndirib.

 

Ötən gün polis, müasir Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün doğulduğu evin önündə keçirilən etiraz aksiyasından sonra 12 nəfər saxlanılıb.