Əfqanıstanda məsciddə törədilən partlayışlar nəticəsində ölənlərin sayı 62-yə çatıb

Partlayış nəticəsində 17 nəfər ölüb, xəsarət alanlar var...

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 18 Oktyabr 2019, 18:00

Əfqanıstanda məsciddə cümə namazı zamanı törədilən iki partlayış nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb.

 

"Report" "TOLO News"a istinadən xəbər verir ki, bu barədə Nəngərhar vilayəti rəhbərinin rəsmi nümayəndəsi Ataulla Hoqyani məlumat yayıb.

 

Onun sözlərinə görə, partlayışlar nəticəsində təqribən 60 nəfər də xəsarət alıb.

 

***16:04

 

Əfqanıstanda törədilmiş partlayışda ölənlərin sayı artıb.

 

İnterAz-ın “Pajvak” agentliyinə istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində ölənlərin sayı 31-ə çatıb.

 

Terror aktı zamanı 50-dən çox insan yaralanıb.

 

***15:23

 

Bu gün Əfqanıstanın Nangarhar vilayətində məsciddə cümə namazı zamanı iki partlayış törədilib.

 

İnterAz-ın xəbərə görə, bu barədə “Tolo news” telekanalı məlumat yayıb.

 

Partlayış nəticəsində 17 nəfər ölüb, xəsarət alanlar var.

 

Terror aktı ilə bağlı məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.