ABŞ dövlət katibi Türkiyədən sonra İsrailə gedib

ABŞ dövlət katibi İsrail səfəri çərçivəsində Təl-Əvivdə baş nazir Benyamin Netanyahu ilə görüşüb...

Bakı, Aytən Əliyeva, İnteraz - 18 Oktyabr 2019, 14:13

ABŞ dövlət katibi Mayk Pompeo Türkiyə səfərindən sonra Təl-Əvivə gedib.

 

İnterAz İsrail mətbuatına istinadla xəbər verir ki, ABŞ dövlət katibi İsrail səfəri çərçivəsində Təl-Əvivdə baş nazir Benyamin Netanyahu ilə görüşüb.

 

Məlumata görə tərəflər danışıqlar zamanı Yaxın Şərqdə "İranın təhlükəsinə" qarşı birgə səyləri müzakirə ediblər.

 

Mayk Pompeo rəsmi twitter səhifəsində yazıb ki, Benyamin Netanyahu ilə görüş zamanı bölgədə İrana qarşı addımları və digər cari məsələləri müzakirə edib.