Tramp İsraildə hökumətin təşkilinə kömək məqsədilə yəhudi kürəkənini Təl-əvivə göndərir

ABŞ prezidenti Donald Tramp kürəkəni və müşaviri Carid Kuşneri İsrailə göndərir...

Bakı, Aytən Əliyeva, İnteraz - 18 Oktyabr 2019, 13:34

 ABŞ prezidenti Donald Tramp kürəkəni və müşaviri Carid Kuşneri İsrailə göndərir.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, ABŞ prezidenti Donald Trampın müşaviri Carid Kuşner İsraildə hökumətin təşkilinə və tərəfləri koalisiya hökuməti qurmağa təşviq etmək üçün Təl-Əvivə gələcək.

 

Məlumata görə Carid Kuşner bu səfərdə son İsrail parlament seçkilərinin əsas iki rəqibi baş nazir Benyamin Netanyahu və solçu "Mavi-Ağ" blokunun sədri Benni Qantzla görüşəcək.

 

Qeyd edək ki, cari ilin aprelindən indiyədək İsraildə iki tur parlament seçkiləri keçirilməsinə baxmayaraq qalib partiyaların heç biri hökumət təşkil etməyə müvəffəq olmayıblar.

 

Bundan öncə İsrail prezidenti Reuven Rivlin parlament seçkilərindən sonra baş nazir Benyamin Netanyahuya yeni koalisiya hökumətinin formalaşdırılması barədə təlimat versə də Netanyahu hələ də buna nail ola bilməyib. Ola bilsin ki, Reuven Rivlin yeni koalisiya hökumətinin formalaşdırılması barədə "Mavi-Ağ" blokunun sədri Benni Qantz qarşısında məsuliyyət qoysun.