Kreml Suriyadakı əməliyyatların dayandırılması ilə bağlı Türkiyədən məlumat gözləyir

..."Biz Türkiyədən məlumat almağı gözləyirik"

Bakı, Aytən Əliyeva, İnteraz - 18 Oktyabr 2019, 11:54

Kreml, Vaşinqton və Ankaranın Suriyadakı hərbi əməliyyatın dayandırılması barədə razılığı barədə Türkiyədən məlumat alacağına ümid edir.

 

İnterAz-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

 

"Biz Türkiyədən məlumat almağı gözləyirik", o deyib.

 

Qeyd edək ki, ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada ABŞ vitse-prezidenti Maykl Penslə danışıqlar aparıb. Danışıqlar zamanı  Türkiyənin Suriyada keçirdiyi  hərbi əməliyyatının müvəqqəti olaraq dayandırılması barədə razılıq əldə edilib.