Ərdoğan: Rusiya Suriyadakı əməliyyatın genişlənməsinə etiraz etmir

Mənbic bölgəsinə gəlincə Türkiyə bu bölgədəki qərarlarını icra etməyə davam edir...

Bakı, Aytən Əliyeva, İnteraz - 14 Oktyabr 2019, 15:42

Suriyanın şimalında "Barış Pınarı" əməliyyatı başlandıqdan bəri zərərsizləşdirilən terrorçuların sayı 550-ə çatıb.

 

İnterAz-ın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya səfərdən əvvəl təşkil etdiyi brifinqdə deyib.

 

Ərdoğanın sözlərinə görə, Rusiyanın Suriyaya müsbət yanaşması nəzərə alınarsa, Suriyanın Kobani şəhərinin terrorçulardan təmizlənməsi ilə bağlı heç bir problem olmayacaq.

 

"Mənbic bölgəsinə gəlincə Türkiyə bu bölgədəki qərarlarını icra etməyə davam edir. Türkiyə terrorçuları məhv etməyə çalışan bir dövlətdir. Təbii ki, terrorçularla müharibədən söhbət getmir. Biz antiterror əməliyyatı keçiririk", dövlət başçısı deyib.