Ərdoğan Suriyada yeni hərbi əməliyyatın başladığını elan edib

Türkiyə ordusu Suriya ərazisində antiterror əməliyyatlarına başlayıb...

Bakı, Aytən Əliyeva, İnteraz - 09 Oktyabr 2019, 17:22

“Türkiyə Fərat çayının şərqinə doğru antiterror əməliyyatlarına başlayıb”. 

 

İnterAz “CNN Türk”ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

“Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında PKK/YPG və İŞİD terror qruplaşmasına qarşı “Barış pınarı” hərəkatına başlayıb. Məqsədimiz sərhədimizdə yaradılması istənilən terror dəhlizini yox etmək, bölgəyə barış və əmin-amanlıq gətirməkdir”, - Türkiyə lideri “Twitter” səhifəsində yazıb.