Tramp: ABŞ Yaxın Şərqə qoşun göndərməməli idi

Birləşmiş Ştatlar heç vaxt Yaxın Şərqdə olmamalı idi...

Bakı, Aytən Əliyeva, İnteraz - 09 Oktyabr 2019, 17:13

ABŞ prezidenti Donald Tramp  Vaşinqtonun Yaxın Şərqə qoşun göndərməməli olduğunu bildirib. O bu barədə "Twitter"də yazıb.

 

“Yüz illərdir müxtəlif qruplar arasında mübarizə davam edir. Birləşmiş Ştatlar heç vaxt Yaxın Şərqdə olmamalı idi", Tramp yazıb.

 

İnterAz-ın RT-yə istinadla verdiyi xəbərə görə, onun sözlərinə görə, Türkiyə "Avropanın geri almaqdan imtina etdiyi əsir götürülmüş İŞİD terrorçularına görə məsuliyyəti üzərinə götürməyə borcludur".

 

"Axmaq sonsuz müharibələr bizim üçün sona çatır!", Tramp əlavə edib.