Hollandiyanın adı rəsmi şəkildə dəyişdirilib

“Niderland” adı bundan sonra bütün beynəlxalq yarışlarda ön plana çıxarılacaq...

Bakı, Aytən Əliyeva, İnteraz - 07 Oktyabr 2019, 09:51

Hollandiyanın adı dəyişdirilərək rəsmi şəkildə “Niderland” adlandırılıb.

 

İnterAz xarici KİV-ə istinadən xəbər verir ki, “Niderland” bir çox ölkələr tərəfindən istifadə edilsə də, rəsmiləşmə bu gün gerçəkləşib. Bu qərar “Hollandiya” adının narkotik vasitə və “Red Light” küçəsi ilə əlaqələndirilməsi səbəbindən verilib.

 

“Niderland” adı bundan sonra bütün beynəlxalq yarışlarda ön plana çıxarılacaq.