Dünyanın ən böyük hava limanı istifadəyə verilib

Hava limanı şəhər mərkəzindən 46 kilometr aralıqda yerləşir...

Bakı, Aytən Əliyeva, İnteraz - 25 Sentyabr 2019, 09:26

Çinin Pekin şəhərində dünyanın ən böyük beynəlxalq hava limanı – “Dasin” istifadəyə verilib.

 

İnterAz-ın məlumatına görə, “Dasin” ilk reyslərini sentyabrın 25-də (bu gün) qəbul edəcək.  

 

Qeyd edilir ki, “Dasin” Çinin vətəndaş aviasiyası tarixində ən bahalı layihədir. Hava limanının tikintisinə 80 milyard yuan xərclənib.  

 

Hava limanı şəhər mərkəzindən 46 kilometr aralıqda yerləşir. Onun ümumi sahəsi 1 milyon kv.m təşkil edir.