"Sarıjiletlilər" Parisdə yenidən etiraza başlayıblar, azı 100 etirazçı saxlanılıb

İğtişaşlar və toqquşmalar zamanı azı 100 etiraz iştirakçısı saxlanılıb...

Bakı, Aytən Əliyeva, İnteraz - 21 Sentyabr 2019, 16:30

 "Sarıjiletlilər" Parisdə izdihamlı etiraz aksiyaları keçiriblər.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu gün Parisdə "sarıjiletlilər"in izdihamlı etiraz aksiyaları az keçməmiş toqquşmalara və iğtişaşlara çevrilib.

 

Məlumata görə polis Parisin bir sıra mərkəzi küçələrində etirazçıların toplantısını dağıtmaq üçün su şırnaqları və gözyaşardıcı qazlardan istifadə edib.

 

İğtişaşlar və toqquşmalar zamanı azı 100 etiraz iştirakçısı saxlanılıb.

 

Məlumata görə Fransa Daxili İşlər Nazirliyi təhlükəsizlk tədbirləri məqsədilə 7500 polis və çevik qüvvə cəlb edib.

 

Qeyd edək ki, sarıjiletlilərin etiraz aksiyaları 10 ay öncə Fransa hökumətinin vergi və maliyyə siyasətinə qarşı başlasa da daha sonra prezident Emanuel Makronun istefası tələblərilə davam edib.