Rusiyada PUA qəzaya uğrayıb

Hazırda hadisənin səbəbi araşdırılır...

Bakı, Aytən Əliyeva, İnteraz - 21 Sentyabr 2019, 16:02

Rusiyada helikopter tipli “K2” pilotsuz uçan aparat (PUA) qəzaya uğrayıb.

 

İnterAz RİA “Novosti”yə istinadən xəbər verir ki, hadisə ölkənin Ryazan vilayətinin Romansevo kəndi yaxınlığında qeydə alınıb.

 

Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, PUA “Dinamika” elmi-texniki mərkəzinə məxsusdur. 

 

Hazırda hadisənin səbəbi araşdırılır.