Suriya Ordusu İsrailin bir PUA-sını vuraraq salıb

PUA-nın üzərində partlayıcı qurğular və maddələr götürülüb və zərərsizləşdirilib...

Bakı, Aytən Əliyeva, İnteraz - 21 Sentyabr 2019, 14:43

Suriyanın havadan müdafiə qüvvələri ölkənin Qunaytara əyaləti ərazisində İsrailin bir PUA-sını vuraraq salıb.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə Suriyanın hərbi mənbələri məlumat veriblər.

 

Bildirilib ki, ötən gecə İsrailin işğalında olan Colan Yüksəkliklərindən Qunaytara əyaləti səmasına daxil olan bir PUA vurularaq salınıb.

 

PUA-nın üzərində partlayıcı qurğular və maddələr götürülüb və zərərsizləşdirilib.

 

Qeyd edək ki, iki gün öncə Dəməşqətrafı əyalətin Əqrəba qəsəbəsi səmasında da İsrailin bir PUA-sı vurulmuşdu.