Sepah komandanı İrana qarşı hərbi addım haqda ABŞ və müttəfiqlərinə ciddi xəbərdarlıq edib

Bizə məhdud təcavüz elə müharibənin özü deməkdir...

Bakı, Aytən Əliyeva, İnteraz - 21 Sentyabr 2019, 13:04

"Bizim bütün təcavüzlərə cavabımız qətidir. Ölkələrinin müharibənin əsas səhnəsinə çevrilməsini istəyən hər kəs buyursun biz gözləyirik . Bizə məhdud təcavüz elə müharibənin özü deməkdir. Cavabımız məhdud olmayacaq."

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu İran İslam İnqilabının Keşikçilər Ordusunun komandanı ordu generalı Hüseyn Səlami deyib.

 

İranlı general ölkədə pilotsuz təyyarələrin sərgisində çıxışı zamanı son günlərdə ABŞ və müttəfiqlərinin İrana hücumla bağlı təhdidlərinə münasibət bildirib və vurğualyıb ki, İran qarşı tərəfin məhdud zərbələrini müharibə kimi qəbul edəcək və sərt cavab verəcək.

 

H. Səlaminin sözlərinə görə İrana hücum baş tutsa müharibə daha sonra təcavüz edənlərin öz ölkəsində davam edəcək.

 

Sepah komandanı əlavə edid ki, qarşı tərəfin istənilən təyyarəsi hava məkanımızı pozan kimi vurulacaq.

 

Qeyd edək ki, husilərin ötən həftə Səudiyyə Ərəbistanın neft təsisatlarına hücumundan sonra rəsmi ər-Riyad və Vaşinqton hücumun arxasında İranın durduğunu iddia edib və bir neçə dəfə hərbi addımla xəbərdarlıq ediblər.