Kərbəlada zəvvarların mikroavtobusu partladılıb, azı 11 şəhid var

Şəhid olanların sayı 12-ə çatıb...

Bakı, Aytən Əliyeva, İnteraz - 21 Sentyabr 2019, 10:40

Kərbəla şəhərinin girəcəyində yerli zəvvarların mikroavtobusu partladılıb. Şəhid olanlar var.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə İraqın Daxili İşlər Nazirliyi məlumat verib.

 

Bildirilib ki, ötən gün axşam Kərbəla şəhərinin girəcəyində yerli zəvvarların mikroavtobusu quraşdırılmış bombanın işə salınması ilə partladılıb.

 

Şəhid olanların sayı 12-ə çatıb. Daha 5 nəfər yaralı var.

 

İraq DİN partlayışı törədən şəxsin tutulduğunu bildirib.

 

Bu hücumun İŞİD tərəfindən həyata keçirildiyi ehtimal edilir.

 

İraq təhlükəsizlik qurumları təhlükəsizliyin hökm sürdüyü Kərbəlada belə bir terror aktının törədilməsindən sonra, İŞİD üzvlərinin müxtəlif bölgələrə sızmaları barədə həyəcan  təbili çalıblar.