ABŞ-da turistləri daşıyan avtobus aşıb, 4 nəfər ölüb, 30-u yaralanıb

Qəza yerinə bir neçə tibbi helikopter və xilasetmə qrupları göndərilib...

Bakı, Aytən Əliyeva, İnteraz - 21 Sentyabr 2019, 10:12

ABŞ-ın Yuta ştatında turistləri daşıyan avtobusla yük maşını ilə toqquşub.

 

İnterAz-ın TASS-a istinadən verdiyi xəbərə görə, qəza nəticəsində dörd nəfər ölüb, 30 nəfər yaralanıb.

 

Hadisə “Bryce Canyon” Milli Parkının ərazisində baş verib.

 

Qəza yerinə bir neçə tibbi helikopter və xilasetmə qrupları göndərilib.

 

Təxminən 30 nəfərin olduğu avtobus dağ yolunda qəzaya uğrayıb. Avtobus əvvəlcə maneəyə çırpılıb, sonra isə aşıb.