Texasda fırtına qurbanlarının sayı dördə çatıb

Amerikanın Texas ştatına üz verən və yağış və daşqınlara səbəb olan "İmelda" qasırğası qurbanlarının sayı dörd nəfərə çatıb...

Bakı, Aytən Əliyeva, İnteraz - 21 Sentyabr 2019, 09:57

Amerikanın Texas ştatına üz verən və yağış və daşqınlara səbəb olan "İmelda" qasırğası qurbanlarının sayı dörd nəfərə çatıb.

 

İnterAz TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü Amerikanın CBS televiziyası məlumat yayıb.

 

Bundan əvvəl "Associated Press" iki nəfərin zərər çəkdiyini yazmışdı.

 

Ölənlərdən ikisinin öz maşınlarında olduğu qeyd edilir. Bölgədən ən az 1,7 min insan təxliyə edilib.