Maduro Rusiyaya səfər edəcək

Venesuela Prezidenti Nikolas Maduro Rusiyaya səfər edəcək...

Bakı, Aytən Əliyeva, İnteraz - 20 Sentyabr 2019, 16:21

Venesuela Prezidenti Nikolas Maduro Rusiyaya səfər edəcək. 

 

İnterAz-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. 

 

“Səfərlə bağlı hazırlıq işləri aparılır. Səfər tezliklə baş tutacaq. Dəqiq tarix açıqlanacaq”, - deyə D. Peskov qeyd edib.