Səudiyyə atəşkəsin olduğu Yəmənin əl-Hudeyda əyalətinə aviazərbələr endirməyə başlayıb

Səudiyyə Ərəbistanı koalisiyası "husilərin hərbi mövqelərinin və bazalarının vurulacağını" bəyan edib...

Bakı, Aytən Əliyeva, İnteraz - 20 Sentyabr 2019, 11:25

Səudiyyə Ərəbistanın Yəmənə qarşı hərbi koalisiyası bu ölkənin əl-Hudeyda əyalətində hərbi əməliyyata başladığını elan edib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə Səudiyyənin hərbi koalisiyasının mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, əl-Hudeyda əyalətinin şimalında hərbi əməliyyata start verilib.

 

Səudiyyə Ərəbistanı koalisiyası "husilərin hərbi mövqelərinin və bazalarının vurulacağını" bəyan edib.

 

Qeyd edək ki, ötən il Stokholmda əldə edilən anlaşmaya əsasən Yəmənin əl-Hudeyda əyalətində atəşkəs bərpası əldə edilmişdi.