Pompeo İran əleyhinə koalisiya yaratmaqda məqsədinin nə olduğunu izah edib

ABŞ İrana mübarizə aparmaq üçün koalisiya qurmağa çalışır, onunla müharibə etməyə deyil...

Bakı, Aytən Əliyeva, İnteraz - 20 Sentyabr 2019, 08:47

ABŞ İrana mübarizə aparmaq üçün koalisiya qurmağa çalışır, onunla müharibə etməyə deyil.

 

İnterAz “TASS” agentliyinə istinadən xəbər verir ki, bunu cümə axşamı Əbu-Dabidə BƏƏ rəhbərliyi ilə danışıqlardan sonra jurnalistlər qarşısında ABŞ dövlət katibi Mayk Pompeo bildirib.

 

“İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif son amerikalıya qədər böyük bir müharibə başlamaqla təhdid edərkən biz yaşananların sülh yolu ilə həllinə yönəlmiş bir koalisiya qurmaq üçün buradayıq. Bu mənim üçün qarşıya qoyulan vəzifədir, ABŞ prezidenti Donald Tramp, təbii ki, mənim buna nail olmağım üçün çalışmağımı istəyir. Ümid edirəm ki, İran İslam Respublikası da buna eyni şəkildə yanaşır”, - Pompeo belə deyib.