Tramp Ağ evdə Mark Sukerberqlə görüşüb

Sukerberqin Ağ evə səfəri əvvəlcədən elan olunmamışdı...

Bakı, Aytən Əliyeva, İnteraz - 20 Sentyabr 2019, 08:41

ABŞ prezidenti Donald Tramp Ağ evin Oval kabinetində “Facebook” şirkətinin rəhbəri Mark Sukerberqlə görüşüb.

 

İnterAz xəbər verir ki, Amerika lideri bunu öz “Twitter” səhifəsində yazıb.

 

Sukerberqin Ağ evə səfəri əvvəlcədən elan olunmamışdı.

 

Bundan əvvəl, “Politico” nəşri, bu həftə sosial şəbəkə qurucusunun internetin tənzimləməsi məsələlərini müzakirə etmək üçün Konqresin üzvləri ilə görüşəcəyi barədə məlumat dərc etmişdi.