Fransanın Edvard Snoudenə sığınacaq vermək niyyəti yoxdur

Fransa xarici işlər naziri Jan-İv Lö Dryan isə ölkəsinin hələ amerikalı Edvard Snoudenə sığınacaq vermək niyyəti olmadığını bildirib...

Bakı, Aytən Əliyeva, İnteraz - 19 Sentyabr 2019, 17:35

“Fransadan 2013-cü ildə Prezident Fransua Ollandın vaxtında sığınacaq istəmişdim. İstərdim cənab Emmanüel Makron mənə sığınacaq hüququ versin”, - deyə E. Snouden Fransa kanalına verdiyi müsahibədə deyib.

 

İnterAz xəbər verir ki, Fransa xarici işlər naziri Jan-İv Lö Dryan isə ölkəsinin hələ amerikalı Edvard Snoudenə sığınacaq vermək niyyəti olmadığını bildirib.

 

Qeyd edək ki, 2013-cü ildə ABŞ-da rabitə və internetin qlobal izləmə sisteminin olduğunu söyləyən, cəsusluq və dövlət sənədlərinin oğurlanmasında günahlandırılan, hazırda Moskvada yaşayan E. Snoudeni ölkəsinə döndüyü təqdirdə 30 il həbs cəzası gözləyir.