Sergey Lavrov Aramco-ya hücuma görə İranın ittihamlandırılmasını qınayıb

S.Lavrov Aramco-ya hücumla bağlı dəqiq və hərtərəfli araşdırmanın aparılmasının zəruri olduğunu deyib...

Bakı, Aytən Əliyeva, İnteraz - 19 Sentyabr 2019, 17:14

“Aramco təsisatlarına hücumun arxasında durduğunu isbat edən sübutları gətirmədən İranı ittiham etmək bölgədə gərginliyi daha da artıracaq.”

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

 

XİN rəhbəri ölkə mətbuatına verdiyi açıqlamada, sübut olmadan İranın ittiham edilməsini qınayıb və bildirib ki, bu kimi ittihamlar vəziyyəti daha da gərginləşdirəcək.

 

S.Lavrov Aramco-ya hücumla bağlı dəqiq və hərtərəfli araşdırmanın aparılmasının zəruri olduğunu deyib.

 

O həmçinin bütün körfəz ölkələrini o cümlədən İranın birgə masa arxasına oturmasını və gərginliyin aradan qaldırılması üçün danışıqların başlamasını istəyib.

 

Qeyd edək ki, Kreml Səudiyyənin Aramco şirkətinin Abqaiq təsisatlarına edilən hücumu pisləyib. Rusiya prezidenti Vladimir Putin Türkiyə səfərində məsələyə münasibət bildirərkən Səudiyyəni özünü qorumaq üçün rəsmi Moskvadan S400 kimi havadan müdafiə sistemlərini almağa çağırıb.