Ruhani husilərin Abqaiq neft zavodunu vurmasına münasibət bildirib: Səudiyyə kimi məktəbi vurmayıblar

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi, ABŞ, İsrail və digər Avropa dövlətləri bunlar bölgədə və Yəməndə müharibəyə başlayıblar...

Bakı, Aytən Əliyeva, İnteraz - 18 Sentyabr 2019, 11:55

"Biz bölgədə hərbi qarşıdurmanın olmasını istəmirik. Amma bir məsələni bilmək lazımdır. Kim başlayıb qarşıdurma və müharibəyə?!. Yəmənlilər müharibəyə başlamayıblar. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi, ABŞ, İsrail və digər Avropa dövlətləri bunlar bölgədə və Yəməndə müharibəyə başlayıblar. Onlar Yəmən xalqını öldürəndə kimsə danışmamalıdır?!. Onlar bölgəyə silah yüklərini sel kimi axıdanda heç kim danışmamalıdır?!. Trampın özü etiraf edir ki, Səudiyyə Ərəbistanı son illərdə Amerikaya 400 milyard dollar pul xərcləyib. Bunu eşidəndə heç kim danışmamalıdır?! Bunun qarşılığında Yəmən xalqı reaksiya verir, gəlib bir mövqeyi vururlar. Halbuki nə xəstəxananı vurublar nə də məktəbi. Onlar bir sənaye mərkəzinə hücum ediblər sizə xəbərdarlıq üçün deyə. Olanlardan ibrət götürün."

 

İnterAz SalamNews-a istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani bu gün ölkənin nazirlər kabinetinin toplantısında çıxışı zamanı deyib.

 

Həsən Ruhani ötən həftənin şənbə günü husilərin Səusiyyənin Abqaiq neft təsisatlarına hücumuna münasibət bildirib və vurğulayıb ki, bu onların təbii reaksiyasıdır.

 

İran prezidenti bildirib ki, yəmənlilər hücuma cavab verib və Səudiyyə kimi xəstəxana və ya məktəbi vurmayıblar.