Avropa Birliyi Rusiya və Ukraynaya qarşı sanksiyaları artırıb

Qərar 13 sentyabr 2019-cu ildə qüvvəyə minəcək...

Bakı, Aytən Əliyeva, İnteraz - 12 Sentyabr 2019, 17:48

Avropa Birliyi Rusiya və Ukraynanın 170 fiziki və 44 hüquqi şəxsinə qarşı individual məhdudlaşdırıcı tədbirlərin müddətini artırıb.

 

İnterAz-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, Avropa Birliyi Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə xələl gətirən və ya təhdid edən hərəkətlərə münasibətdə məhdudlaşdırıcı tədbirləri daha altı ay müddətinə, 15 mart 2020-ci ilədək uzadıb.

 

Qərar 13 sentyabr 2019-cu ildə qüvvəyə minəcək.