ABŞ Ukraynaya 140 milyon dollarlıq hərbi yardım göstərəcək

ABŞ administrasiyası Ukraynaya təxminən 140 milyon dollar məbləğində hərbi yardım ayırmaq barədə qərar qəbul edib...

Bakı, Aytən Əliyeva, İnteraz - 12 Sentyabr 2019, 17:38

ABŞ administrasiyası Ukraynaya təxminən 140 milyon dollar məbləğində hərbi yardım ayırmaq barədə qərar qəbul edib.  

 

İnterAz-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibinin hərbi-siyasi məsələlər üzrə köməkçisi Klark Kuper bildirib.  

 

Qeyd olunub ki, maliyyə yardımı Ukraynanın təhlükəsizliyinin təmin edilməsinə kömək məqsədi ilə ayrılıb.