İlk dəfə olaraq Səudiyyədə qadınlardan ibarət bölük hərbi parada qatılacaq

Səudiyyə Ərəbistanında cari ayda keçiriləcək böyük parada qadınlardan ibarət bölük də qatılacaq...

Bakı, Aytən Əliyeva, İnteraz - 12 Sentyabr 2019, 16:13

Səudiyyə Ərəbistanında cari ayda keçiriləcək böyük parada qadınlardan ibarət bölük də qatılacaq.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, cari ayın 23-də Səudiyyə Ərəbistanında keçiriləcək milli istiqlal günü ilə bağlı keçiriləcək hərbi paradda qadınlardan ibarət bölük də iştirak edəcək.

 

Bu ilk dəfədir ki, Səudiyyə Ərəbistanında qadınlar hərbi parada qatılır.

 

Qeyd edək ki, Məhəmməd bin Salman Səudiyyə Ərəbistanında birinci vəliəhd kürsüsünə qalxdıqdan sonra ölkədə qadınların hüquqları ilə bağlı bir sıra mühüm addımar atıb. Ölkədə qadınlara sürücülük hüququnun və qəyyum olmadan səfərə çıxma hüququnun verilməsi bu qəbildəndir.