İsrail baş naziri Qəzzaya hücumla bağlı xəbərdarlıq edib

İslam Əməkdaşlqı Təşkilatı İsrail baş nazirinin son çıxışlarından sonra üzv ölkələrini cari ayın sonunda təcili toplantıya çağırıb...

Bakı, Aytən Əliyeva, İnteraz - 12 Sentyabr 2019, 15:24

“Belə görünür ki, Qəzzada hərbi əməliyyat aparmalı olacağıq”.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu İsrail baş naziri Benyamin Netanyahu bu gün Knesset seçkilərinin təbliğat kompaniyasında çıxışı zamanı deyib.

 

Bir neçə gün öncə İordan çayının qərb sahili ilə bağlı ərazi iddiası qaldıran B. Netanyahu bu günkü çıxışında Qəzzada hərbi əməliyyatın aparılması ilə bağlı fələstinli hərəkatları təhdid edib.

 

Qeyd edək ki, İslam Əməkdaşlqı Təşkilatı İsrail baş nazirinin son çıxışlarından sonra üzv ölkələrini cari ayın sonunda təcili toplantıya çağırıb.