Pompeo ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri təyin oluna bilər

ABŞ dövlət katibi Mayk Pompeo ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsinə təyin oluna bilər...

Bakı, Aytən Əliyeva, İnteraz - 12 Sentyabr 2019, 12:23

ABŞ dövlət katibi Mayk Pompeo ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsinə təyin oluna bilər. 

 

İnterAz-ın CNN-ə istinadən verdiyi xəbərə görə, ABŞ Prezidenti Donald Tramp M. Pompeonun bu vəzifəyə təyin olunma ehtimalını nəzərdən keçirir.  

 

Bildirilib ki, müvafiq qərar qəbul ediləcəyi təqdirdə, M. Pompeo eyni zamanda iki vəzifəni icra edəcək. 

 

Bu ehtimalın nə dərəcədə ciddi olması barədə hər hansı aydın təsəvvür yoxdur.

 

Qeyd olunub ki, sonuncu dəfə təxminən 50 il əvvəl Henri Kissincer həm dövlət katibi, həm də ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri vəzifələrini tutub. 

 

Xatırladaq ki, D. Tramp Con Boltonu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsindən azad edib. Hazırda həmin vəzifəyə 5 nəfər namizəd nəzərdən keçirilidiyi bildirilir. Namizədlərin adları açıqlanmır.