Ruhani Makronla danışıb: Hazırki vəziyyətdə ABŞ-la müzakirə faydasızdır

İran prezidentinin sözlərinə görə mövcud vəziyyətdə ABŞ-la danışıqlar faydasız və mənasızdır...

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 12 Sentyabr 2019, 12:02

"İran hökuməti, parlamenti və xalqı düşünür ki, hazırda ABŞ-la danışıqlar aparmaq faydasız və mənasızdır."

 

İnterAz SalamNews-a istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani Fransa prezidenti Emanuel Makronla telefon bağlantısı zamanı deyib.

 

Həsən Ruhani ötən gün Emanuel Makronla baş tutan telefon təmasında qarşılıqlı əlaqələri və tərəflər üçün əhəmiyyət kəsb edən beynəlxalq məsələləri müzakirə ediblər.

 

İran prezidentinin sözlərinə görə mövcud vəziyyətdə ABŞ-la danışıqlar faydasız və mənasızdır.

 

Məlumata görə Həsən Ruhani bu telefon təmasında Fransa tərəfinin ABŞ və İran arasında vasitəçilik addımlarını müsbət qarşıladığını bildirib. Eyni zamanda Həsən Ruhani bildirib ki, nüvə sazişində qalan ölkələr öhdəliklərinə əməl edəcəkləri təqdirdə İran da sazişlə bağlı dayandırdığı bəndlərin icrasını yenidən həyata keçirəcəkdir.