Qrenlandiya adasının satış dəyəri açıqlanıb

Bundan öncə ABŞ mətbuatı Trampın Qrenlandiyanı almaq barədə fikirləşdiyi haqqında məlumat yaymışdı...

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 17 Avqust 2019, 10:29

Rusiyalı professor Konstantin Ordov Qrenlandiya adasının satış dəyərini açıqlayıb.

 

İnterAz “RİA Novosti”yə istinadən xəbər verir ki, Ordov ABŞ-ın almaq istədiyi adanın qiymətinin 10 trilyon dollar ola biləcəyini deyib. Onun sözlərinə görə, bu qiymət ABŞ-ın ümumdaxili məhsulunun yarısı miqdarındadır.

 

Ordov adanın qiymətini kiçik adaların satış qiymətlərinə uyğun hesablayıb. Professor hazırda kiçik adaların satışı zamanı onların hər kvadrat kilometri üçün 5 milyon dollar istənildiyini bildirib.

 

Qeyd edək ki, bundan öncə ABŞ mətbuatı Trampın Qrenlandiyanı almaq barədə fikirləşdiyi haqqında məlumat yaymışdı.