Boris Conson: Trampın İrana qarşı müharibəsini dəstəkləməyəcəyəm

Debat zamanı C. Hant da İranla müharibə məsələsində rəqibi Boris Consonla eyni fikirdə olduğunu dilə gətirib...

Bakı, Aytən Əliyeva, İnteraz - 16 Iyul 2019, 11:52

“Əgər məndən Trampın İrana qarşı müharibəsini dəstəkləyib, dəstəkləməməyim barədə soruşsanız bunun cavabını, yox əsla, deyə cavablandıraram.”

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu Britaniyada Tereza Meyin yerinə baş nazirlik postuna ən real namizəd olan Boris Conson deyib.

 

Londonun sabiq meri, ölkənin sabiq XİN rəhbəri seçkilər öncəsi debatda bildirib ki, o heç vaxt Trampın İrana qarşı atacağı hərbi addımı dəstəkləməyəcək.

 

Boris Conson Britaniyanın hazırki xarici işlər naziri Ceremi Hantla debat zamanı bildirib ki, İranla müharibə ağıllı və məntiqli seçim deyil və ən gözəl yol diplomatik yoldur.

 

Debat zamanı C. Hant da İranla müharibə məsələsində rəqibi Boris Consonla eyni fikirdə olduğunu dilə gətirib.

 

Qeyd edək ki, Britaniya İranla əldə edilən nüvə sazişində ABŞ-la həmfikir olmadığını bildirib və ABŞ-ın nüvə sazişindən çıxmasını qınayıb.