S-400 komponentlərini daşıyan növbəti təyyarə Ankaraya enib

S-400 hava müdafiə sisteminin komponentləri daşıyan onuncu Rusiya yük təyyarəsi bu gün Türkiyəyə gəlib...

Bakı, Aytən Əliyeva, İnteraz - 16 Iyul 2019, 11:04

S-400 hava müdafiə sisteminin komponentləri daşıyan onuncu  Rusiya yük təyyarəsi bu gün Türkiyəyə gəlib.

 

İnterAz RT-yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi açıqlama verib.

 

"Tədarük davam edir. Bununla əlaqədar, onuncu təyyarə Mürtəd hava bazasına enib", Twitter-də  yayımlanan məlumatda deyilir.

 

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Ankara 2020-ci ilin aprelinə qədər S-400-ün yerləşdirməsini başa çatdırmaq niyyətindədir.