Rusiya Avropa İttifaqına qarşı ərzaq embarqosunun müddətini uzadıb

Rusiya prezidenti Vladimir Putin Avropa İttifaqından kənd təsərrüfatı məhsullarının idxalına qarşı embarqonun müddətini 2020-ci ilin sonunadək uzadıb...

Bakı, Aytən Əliyeva, İnteraz - 24 Iyun 2019, 16:41

Rusiya prezidenti Vladimir Putin Avropa İttifaqından kənd təsərrüfatı məhsullarının idxalına qarşı embarqonun müddətini 2020-ci ilin sonunadək uzadıb.

 

İnterAz “İnterfax”a istinadən xəbər verir ki, iyunun 24-də imzalanan müvafiq fərman imzalandığı andan qüvvəyə minib.

 

Xatırladaq ki, iyunun 20-də Avropa İttifaqı Şurası Rusiyaya qarşı sanksiyalarının müddətini 23 iyun 2020-ci il tarixinədək uzadıb. İlk dəfə 2014-cü ilin iyun ayında tətbiq edilmiş bu sanksiyalar hər il mütəmadi olaraq uzadılır.