Qazaxıstanda hərbi hissədə partlayışlar nəticəsində 46 nəfər xəsarət alıb

Qazaxıstanda hərbi hissənin silah-sursat anbarında baş verən partlayış nəticəsində xəsarət alanların sayı 46-ya çatıb...

Bakı, Aytən Əliyeva, İnteraz - 24 Iyun 2019, 16:29

Qazaxıstanda hərbi hissənin silah-sursat anbarında baş verən partlayış nəticəsində xəsarət alanların sayı 46-ya çatıb.

 

İnterAz RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Şimkənd səhiyyə idarəsindən bildiriblər.

 

Məlumata görə, xəsarət alanlardan 5-i uşaqdır.