Banqladeşdə qatar relsdən çıxıb: 5 nəfər ölüb, 100-dən çox insan yaralanıb

Ölü və yaralı sayının çoxalmaq ehtimalı böyükdür...

Bakı, Aytən Əliyeva, İnteraz - 24 Iyun 2019, 13:54

Banqladeşdə qatarın relsdən çıxaraq aşması nəticəsində ən azı 5 nəfər ölüb, 100-dən çox sərnişin yaralanıb. Yaralıların 20-nin vəziyyəti ağır qiymətləndirilir.

 

İnterAz AZƏRTAC-a istinadla xəbər verir ki, Silhet şəhərindən paytaxt Dəkkəyə gedən qatar Kulaura rayonunda Baramçal dəmir yolu stansiyasının yaxınlığında yerləşən su kanalının üzərindəki körpüdən keçərkən relsdən çıxıb. Nəticədə 5 vaqonlu qatarın 2 vaqonu kanala düşüb.

 

Hazırda ərazidə xilasedicilər axtarış işləri aparırlar. Ölü və yaralı sayının çoxalmaq ehtimalı böyükdür.