İspaniyada məscidə atəş açılıb

Silahlı şəxslər hadisə yerindən qaçıblar...

Bakı, Aytən Əliyeva, İnteraz - 24 Iyun 2019, 13:23

İspaniyanın Seuta muxtar şəhərində naməlum şəxslər məscidi odlu silahdan bir neçə dəfə atəşə tutublar. 

 

İnterAz “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Efe” agentliyi məlumat yayıb.

 

Hadisə Afrikanın şimalında - Mərakeşlə sərhəddə yerləşən anklavda, Seuta muxtar şəhərində baş verib. İki nəfər məscidə hücum edib və 4 dəfə atəş açıblar. Xəsarət alan olmasa da məsciddə ibadət edən insanlar arasında vahimə yaranıb. 

 

Silahlı şəxslər hadisə yerindən qaçıblar.