Türkiyə MSK Əkrəm İmamoğlunun qələbəsini elan edib

İmamoğlunun rəqibi hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi, sabiq Baş Nazir və Türkiyə Böyük Millət Məclisinin əvvəlki sədri Binəli Yıldırım olub...

Bakı, Aytən Əliyeva, İnteraz - 24 Iyun 2019, 12:33

 Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu İstanbul Bələdiyyə seçkilərində 54,21 faiz səslə qəbələ qazanıb.

 

İnterAz RİA"Novosti"yə istinadən xəbər verir ki, bunu MSK-nın rəhbəri Sadi Güvən açıqlayıb.

 

İmamoğlunun rəqibi hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi, sabiq Baş Nazir və Türkiyə Böyük Millət Məclisinin əvvəlki sədri Binəli Yıldırım olub.

 

"Seçkilərin yekun nəticələrinə görə, Əkrəm İmamoğlu 54,21 faiz səs toplayıb, 4741868 seçici ona səs verib. Binali Yıldırım 44,99 faiz səs toplayıb. Onun üçün 3935453 seçici səs verib", - Güven bildirib.