Ərdoğan İmamoğlunu təbrik edib

Əkrəm İmamoğlu əsas rəqibi Binəli Yıldırıma 54,3 % səs fərqi ilə qalib gəlib...

Bakı, Aytən Əliyeva, İnteraz - 24 Iyun 2019, 08:59

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən təkrar bələdiyyə seçkilərində qalib gələn Əkrəm İmamoğlunu təbrik edib. 

 

İnterAz xəbər verir ki, o, bu barədə Tvitter hesabında yazıb. 

 

"İstanbul Böyükşəhər təkrar bələdiyyə seçkiləri nəticələrinin İstanbulumuz üçün xeyirli olmasını diləyirəm. Milli iradə bu gün bir daha özünü göstərdi. Qeyri-rəsmi nəticələrə görə, seçkiləri qazanan Əkrəm İmamoğlunu təbrik edirəm", - deyə Ərdoğan qeyd edib. 

 

Qeyd edək ki, Əkrəm İmamoğlu əsas rəqibi Binəli Yıldırıma 54,3 % səs fərqi ilə qalib gəlib.