Tbilisidə kütləvi etiraz aksiyası hökumət binası qarşısında başa çatıb

Saat 19:00-da etiraz aksiyası parlamentin binası qarşısında davam etdiriləcək...

Bakı, Aytən Əliyeva, İnteraz - 24 Iyun 2019, 08:45

Gürcüstanın paytaxtı Tbilisidə kütləvi etiraz aksiyası hökumət adminstrasiyası binasının qarşısında başa çatıb.

 

İnterAz xəbər verir ki, binaya qədər yürüş edən etirazçılar Gürcüstanın Dövlət Himnini oxuyublar, sonra isə üç tələb səsləndiriblər.

 

Etirazçılar daxili işlər naziri Giorgi Qaxarianın istefasını, iyunun 20-də etiraz aksiyasında saxlanılmış 305 nəfərin azadlığa buraxılmasını və proporsional seçki sistemi üzrə növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb ediblər.

 

Qeyd edək ki, aksiya təşkilatçıları bu gün saat 14:00-da Birinci Respublika meydanından Daxili İşlər Nazirliyinin binasına qədər avtomobil yürüşü edəcəklər. Saat 19:00-da etiraz aksiyası parlamentin binası qarşısında davam etdiriləcək.