Əkrəm İmamoğlu: İstanbulda seçkilər Türkiyə demokratiyasının inkişafına töhfə verdi

Əkrəm İmamoğlu İstanbul sakinlərinə minnətdarlığını bildirib...

Bakı, Aytən Əliyeva, İnteraz - 23 Iyun 2019, 21:47

 İyunun 23-də İstanbulda yenidən bələdiyyə seçkilərinin keçirilməsi Türkiyə demokratiyasının inkişafına töhfə verəcək.

 

İnterAz "Anadolu"ya istinadla xəbər verir ki, bunu "Cumhur İttifaqı"nın namizədi Əkrəm İmamoğlu bəyan edib.

 

İmamoğlu, bu seçkilərin nəticələrinin yalnız meqapolis üçün deyil, eyni zamanda bütün Türkiyəyə fayda gətirəcəyinə ümid etdiyini qeyd edib.

 

Əkrəm İmamoğlu İstanbul sakinlərinə minnətdarlığını bildirib.

 

"Seçicilər Türkiyə demokratiyasını bütün dünya qarşısında müdafiə etdi. Bölgədəki bir sıra ölkələrə Türkiyəni bənzətmək istəyən dairələrə həqiqəti göstərdiniz. Türk xalqı qədim demokratiya anlayışını müdafiə etdi. İstanbulun sakinlərinə təşəkkür edirəm", deyə siyasətçi xalqa səslənib.