Məhəmməd Mursinin ölüm səbəbi məlum olub

Mursi casusluqda ittiham olunduğu məhkəmə iclası zamanı dünyasını dəyişib...

Bakı, Aytən Əliyeva, İnteraz - 18 Iyun 2019, 08:52

Misirin inqilabdan sonra demokratik yolla seçilmiş ilk prezidenti Məhəmməd Mursinin ölüm səbəbi məlum olub.

 

İnterAz TASS-a istinadən xəbər verir ki, bu barədə tibb dairələrindəki mənbələrə istinadən Misirin dövlət televiziyası məlumat yayıb.

 

Onların sözlərinə görə, Mursi xoşxassəli şişdən əziyyət çəkib və ona müntəzəm olaraq tibbi yardım göstərilib.

 

Mursi casusluqda ittiham olunduğu məhkəmə iclası zamanı dünyasını dəyişib. Ona söz verilib, daha sonra isə fasilə elan olunub. Həmin an sabiq prezident huşunu itirib və özünə gəlmədən keçinib.