Yaponiya mənbəsi İran sahili yaxınlığında neft gəmilərinin hansı şəkildə vurulmasını açıqlayıb

Bundan öncə ABŞ mənbələri iddia ediblər ki, gəmi dəniz minaları ilə partladılıb...

Bakı, Aytən Əliyeva, İnteraz - 14 Iyun 2019, 14:24

"Bizim gəmi uçan bir şeylə vurulub və bundan sonra partlayış baş verib. Bunu gəmi ekipajı görüb."

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu "Kokuka Courageous” şirkətinin yaponiyalı rəhbəri Yutaka Katada deyib.

 

Ötən gün şirkətin bir gəmisinin Oman dənizində vurulmasına münasibət bildirən Y. Katada vurğulayıb ki, onların gəmiləri uçan bir şeylə vurulub.

 

NewYork Times qəzeti, Y. Katadanın fikrini açıqlayaraq, ABŞ-ın hadisə ilə bağlı iddiasının və İranı ittihamlandırmasının sual altına getdiyini bildirib.

 

Bundan öncə ABŞ mənbələri iddia ediblər ki, gəmi dəniz minaları ilə partladılıb.

 

Hətta ABŞ mənbələri İranınki iddia edilən qayıqların gəmiyə yaxınlaşdığı və ona yapışdırılıb işə düşməyən minaları götürərək, apardıqlarını əks etdirən görüntülər yayımlayıblar. İran ABŞ dövlət katibi Mayk Pomeonun məsələ ilə bağlı Tehranı ittihamlandırmasını kəskin tənqid edib və beynəlxalq ictimaiyyətə ABŞ-ın "fitnə-fəsad yaratmaq" planı haqda xəbərdarlıq edib.