Türkiyədə terrorçularla atışma olub: 2 hərbçi şəhid olub, 2-si yaralanıb

Yaralılardan ikisi hospitalda vəfat edib...

Bakı, Aytən Əliyeva, İnteraz - 12 Iyun 2019, 10:42

Türkiyənin Tunceli bölgəsi ətrafında keçirilən antiterror əməliyyatı zamanı 2 hərbçi şəhid olub, 2-si yaralanıb.

 

İnterAz “Habertürk”ə istinadən xəbər verir ki, məlumatı təhlükəsizlik orqanları yayıb.

 

Bildirilib ki, təhlükəsizlik qüvvələrinin terrorçulara “Təslim olun” xəbərdarlıqlarına qarşı tərəf atəşlə cavab verib. Nəticədə 4 hərbçi yaralanıb. Onlar Tunceli dövlət xəstəxanasına aparılıblar. Yaralılardan ikisi hospitalda vəfat edib.