Husilər Səudiyyənin Əbha hava limanını kruiz raketi ilə vurduqlarını bəyan ediblər

Bildirilib ki, Yəməndən atılan kruiz raketi Əbha hava limanında ciddi xəsarətlər törədib...

Bakı, Aytən Əliyeva, İnteraz - 12 Iyun 2019, 10:05

 Husilər bəyan edib ki, onlar Səudiyyə Ərəbistanı və koalisiyasını Yəmənə hücumuna cavab olaraq, bu ölkənin Əbha şəhərində yerləşən hava limanını kruiz raketi ilə hədəfə alıblar.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə Yəmən Ordusu (mərkəzi qərargahı paytaxt Sənada yerləşir) və Xalq Komitələrinin (husilər) hava qüvvələri bəyanat verib.

 

Bildirilib ki, Yəməndən atılan kruiz raketi Əbha hava limanında ciddi xəsarətlər törədib.

 

Həmçinin əlavə edilib ki, raket zərbəsindən sonra hava limanında uçuşlar dayanıb.

 

Qeyd edək ki, husilər 2017-ci ildə də kruiz raketindən istifadə edərək, Birləşmiş Ərəb Əmirliyində nüvə stansiyasına bağlı olan bir obyekti vurduqlarını bildirmişdilər.

 

Eyni zamanda husilər bəyan ediblər ki, onlar ötən gün Səudiyyə -Yəmən sərhədində yerləşən əl-Əsir bölgəsində 3 ədəd ballistik Zilzal-1 raketi atıblar.

 

Xatırladaq ki, Səudiyyə Ərəbistanı və koalisiyası 2015-ci ilin martından Yəməndə legitimliyi dəstəkləmək adı ilə bu ölkədə hərbi müdaxiləyə başlayıblar.