Husilər qəfil hücumla Səudiyyənin Nəcran şəhərinin 20 km-ə çatıblar

Yəmənin əl-Məsira telekanalı husilərin və ordunun Səudiyyənin Nəcran şəhərinin yaxınlığına qədər irəliləməsinin görüntülərini yayımlayıb...

Bakı, Aytən Əliyeva, İnteraz - 08 Iyun 2019, 11:04

Mərkəzi qərargahları paytaxt Sənada yerləşən Yəmən Ordusu və Xalq Komitələri (husilər) son iki gün ərzində qəfil hücum həyata keçirərək, Səudiyyə Ərəbistanı ilə sərhəd bölgələrində 20-dən çox mövqeyi ələ keçiriblər. Onlar Səudiyyənin Nəcran şəhərinin 20 km-ə çatıblar

 

İnterAz SalamNews-a istinadən xəbər verir ki, Yəmənin əl-Məsira telekanalı husilərin və ordunun Səudiyyənin Nəcran şəhərinin yaxınlığına qədər irəliləməsinin görüntülərini yayımlayıb.

 

Bildirilib ki, Nəcran şəhərinin kənarında bəzi yüksəkliklər nəzarətə götürülüb.

 

Yəmənin müdafiə naziri (mərkəzi qərargahı paytaxt Sənada yerləşir) general-mayor Nasir əl-Atifi ələ keçirilən mövqelərə baş çəkib və yəmənlilərin Nəcran şəhərinin yaxınlığına çatdığını bildirib.

 

Səudiyyə Ərəbistanı rəsmi mənbələri husilərin bu irəliləyişinə münasibət bildirməyiblər.