Kreml ABŞ-ın S-400-ün alışı ilə əlaqədar ultimatumunu yolverilməz hesab edir

ABŞ hökuməti Türkiyəyə Rusiya "S-400" zenit-raket komplekslərindən imtina etməsi üçün iki həftə vaxt verib...

Bakı, Aytən Əliyeva, İnteraz - 22 May 2019, 14:31

Kreml ABŞ-ın Türkiyənin S-400-lə bağlı müqavilədən imtina etməsi tələbi də daxil olmaqla bütün ultimatumlara son dərəcə mənfi münasibət bəsləyir.

 

İnterAz RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Federasiyasının mətbuat katibi Dmitri Peskov bildirib.

 

"Ümumiyyətlə biz son dərəcə mənfi münasibət bəsləyirik, biz belə ultimatomları qəbuledilməz hesab edirik", - Peskov jurnalistlərə bildirib.

 

Qeyd edib ki, ABŞ hökuməti Türkiyəyə Rusiya "S-400" zenit-raket komplekslərindən imtina etməsi üçün iki həftə vaxt verib.