Sudanın devrilmiş prezidenti həbsxanada aclıq aksiyasına başlayıb

Sudanın bəzi tibbi mənbələrinin məlumatına görə Sudan prezidenti Varikoz xəstəliyindən əziyyət çəkir...

Bakı, Aytən Əliyeva, İnteraz - 22 Aprel 2019, 11:47

Sudanın devrilmiş prezidenti Ömər əl-Bəşir həbsə salındıqdan və ona ünvanlanan ittihamlardan sonra yemək və içməkdən imtina edib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, Sudanın keçmiş prezidenti Ömər əl-Bəşir həbsxanada yemək və içməkdən imtina edib.

 

Sudanın bəzi tibbi mənbələrinin məlumatına görə Sudan prezidenti Varikoz xəstəliyindən əziyyət çəkir.

 

Bildirilib ki, o bir neçə gündür, yemək və içməkdən də imtina edib.

 

Qeyd edək ki, Sudanın Baş Prokurorluğu keçmiş prezidentə qarşı çirkli pulların yuyulması və ümumi əmlakın mənisənilməsi ittihamlarını irəli sürüb. Sudan prezidentinin iki qardaşı da daxil olmaqla onun yaxınlarından və hökumətində olanlardan 100-dən artıq şəxs saxlanılıb.