İranda zəvvar avtobusu aşıb, ölən və yaralananlar var

Hadisə nəticəsində azı 5 nəfərin həyatını itirdiyi və daha 38 nəfərin yaralandığı bildirilir...

Bakı, Aytən Əliyeva, İnteraz - 22 Aprel 2019, 11:02

İranın Lorestan əyaləti ərazisində zəvvarları daşıyan avtobus aşıb və nəticədə 5 nəfər həyatını itirib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, zəvvar avtobusu Lorestan əyalətində Drud-Xorrəmabad yolunda aşıb.

 

İran Yol Polisi İdarəsinin məlumatına görə, avtobus Qum və Cəmkəran zəvvarlarını Kuhdəşt adlanan bölgəyə aparırmış.

 

Hadisə nəticəsində azı 5 nəfərin həyatını itirdiyi və daha 38 nəfərin yaralandığı bildirilir.

 

İran Yol Polisi hadisənin səbələrini araşdırır.