Pakistan baş naziri İmran Xan İmam Rzanın (ə) məqbərəsini ziyarət edib

Məşhəddə İmam Rzanın (ə) ziyarətgahını ziyarət etdikdən sonra İmran Xan Tehrana yola düşüb...

Bakı, Aytən Əliyeva, İnteraz - 22 Aprel 2019, 10:31

Pakistanın baş naziri İmran Xan İrana səfəri çərçivəsində Məşhəd şəhərində müsəlmanların səkkizinci imamı həzrət Rzanın (ə) məqbərəsini ziyarət edib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, İmran Xan İran səfərini Məşhəd şəhərindən başlayıb.

 

Pakistan baş nazirini Məşhədin qubernatoru, İmam Rza (ə) Ziyarətgahı Kompleksinin rəhbəri və sair rəsmilər qarşılayıblar.

 

Məşhəddə İmam Rzanın (ə) ziyarətgahını ziyarət etdikdən sonra İmran Xan Tehrana yola düşüb.